İnsanın VAR-YOX təfəkkürü... - Tanıdığımız ateist də gerçək deyilmiş....

İnsanın VAR-YOX təfəkkürü...
Maddi dəyərlər kimi mənəvi dəyərlərin də öz ölçüləri var. Maddi dəyərlər üçün meyar "az və çox"dur, mənəvi dəyərlər üçün isə "yaxşı və pis".
Məsələn, bir qram qızıl azdır, bir kiloqram qızıl çoxdur. Eləcə də, pis vicdan az yaxşı olandır, yaxşı vicdan çox yaxşı olan.
Yəni əslində "pis" deyə bir şey yoxdur, "az yaxşı olan" var.
İnsan üçün ölçə bilmədiyi şey mövcud deyildir. İstər maddi olsun, istər mənəvi.
Bertrand Rasselin tanrını çayniklə müqayisə etdiyi məşhur bir teorisi var. Bu müqayisədən çıxan nəticə budur ki, insanlar bu və ya digər formada ölçə bildiklərinə tanrı deyirlər. Var olan tanrı insanın ölçə bildiyi tanrıdır. Ölçülməsi mümkünsüz tanrı peyğəmbərlərin özü üçün də yoxdur.
Bir ateistin yoxdur dediyi tanrı da ölçülməsi mümkünsüz olan tanrıdır. Onun "yoxdur" dediyi tanrı cild-cild kitabları, sinaqoqları, kilsələri, məscidləri, milyonlarla fanatları olan tanrı deyil.
Rasselin çayniklə müqayisə etdiyi ölçülə bilən tanrı və tanrılar həmişə var, həmişə də var olacaq.
Ölçülə bilməyənin var olması mümkün olmadığı kimi, ölçülə bilənin də yox olması mümkün deyidir.
Bir ateist var olana yox demir, yox olana yox deyir.
Camaatın inandığı ölçülü-biçili tanrıya "yoxdur" deyənlər əsl ateist deyillər.

Aqşin YENİSEY
Tarix: 25-04-2023, 11:11
Xəbəri paylaş





Xəbər lenti