Oliqarx-başçı ilə bağlı qərar verilir... - Ramiz Mehdiyevin yadigarıdır...
Daha abir rayonda icra hakimiyyətinin başçısı dəyişdirilə bilər. Bu barədə Dia-az.İnfo hökumətdəki mötəbər mənbədən xəbər əldə edib.
Qaynaq iddia edir ki, seçkilərə qədərki dəyişikliklər zamanı görəvdən alınacaq fiqurlardan biri də Şəki rayon icra hakimiyyətinin başçısı Elxan Usubovdur.
Mənbə bildirir ki, məhz növbədənkənar seçkilərə qədər görəvdən alınması nəzərdə tutulan Elxan Usubova bu həm də bir işarə anlamını daşıyır: "Yəni seçkilər o olmadan daha da problemsiz keçəcək".
Qeyd edək ki, yerli KİV-də adı "Ramiz Mehdiyevin kadrı" kimi hallanan Elxan Zabir oğlu Usubov 1960-cı il may ayının 26-da Mingəçevir şəhərində anadan olub və orta təhsilini də orada alıb. İxtisasca mühəndis-elektrik və iqtisadçıdır. Onlarla səmərələşdirici və elmi təklifin müəllifidir. Əmək fəaliyyətinə Şəkidə başlamış, sonralar biznes fəaliyyəti ilə məşğul olub. 2007-ci ilin dekabrından 2011-ci ilin may ayının 23-dək Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı kimi fəaliyyət göstərib. 2011-ci il may ayının 23-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Dia-az.İnfo xatırladır ki, yerli KİV-də eyni zamanda Baş baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubovun əmisi oğlu olan Elxan Usubovun əmlaklarının siyahısı da açıqlanıb. Bu siyahıdan da aydın görünür ki, yola salınması planlaşdırılan icra başçısı himayədarlarının sayəsində yetərinsə sərvət toplaya bilib.
Həmin siyahını diqqətinizə çatdırırıq...
- Bakıda T.Şıxəliyev, ev 6 ünvanında mənzil
- Şəkidə L.Abdullayev, ev 36 ünvanında mənzil
- Şəkidə M.Ə.Rəsulzadə, ev 293 ünvanında mənzil
- Şəkidə 5 ədəd dəbdəbəli malikanəsi
- Şəkidəki süd zavodu
- Şəkidə fəaliyyət göstərən sanatoriyalar
- Şəkidəki "Sünbül" çörəkbişirmə sexi
- Şəki, M.F.Axundov prospektində Hotel və Restoran
- Şəki-Oğuz yolunun üstündə yerləşən istirahət mərkəzləri
- Oğuzda meşədə restoranı
- Ağstafada bir neçə obyektlər
- Mingəçevirdə obyektləri
- Bakıda, Şağan Sun City ərazisində böyük bağı
- Gürcüstanda böyük fındıq zavodu
- "CHEMİCO CO LTD" MMC şirkəti
- "A.Q.T.İ.M." MMC şirkəti (gips, mala və əhəng istehsalı)
- Bunlardan əlavə, siyahıya Şəkidə bir neçə iaşə-ticarət obyektləri, fərdi yaşayış sahələri və hektarlarla torpaq sahələri də daxildir.
Tarix: 4-07-2024, 11:14
-
Dünən, 19:38
Bakıda musiqi məktəbində növbəti qalmaqal — Direktordan açıqlama
-
Dünən, 16:10
Vahid Əhmədovun prokuror oğlu işdən çıxarıldı
-
Dünən, 16:03
Şok qərar: Kreml "xüsusi hərbi əməliyyat"dan imtina etdi - Video
-
Dünən, 15:50
"Müdafiə Nazirliyi 7 ildə şirkətimizə 22 milyon manat pul köçürüb"- 143 milyonluq cinayət işində "tender kralı" ifadə verdi
-
Dünən, 14:35
163 milyon manatlıq dərman tenderlərinin - 100 MİLYONU 2 ŞİRKƏTƏ VERİLİB
-
Dünən, 13:59
“Azergold” QSC-də RƏHBƏR DƏYİŞİKLİYİ - İLGİNC
-
Dünən, 13:53
Beynəlxalq Dəniz Təşkilatı Azərbaycanı niyə “qara” siyahıya salıb? - Agentlik susur
-
Dünən, 10:55
“Bu qurum kasıblara sosial yardım deyil, işgəncə verir...” - NARAZILIQ
-
Dünən, 10:31
Başçıların həbs və azadlıq yolu – ŞOK FAKTLAR
-
Dünən, 10:28
NATO-ya gedən yolda “körpü” – 3 strateji hədəf
-
Dünən, 09:46
Azərbaycan ətrafında kritik durum: Rusiya hədələdi, ABŞ tələsir, Çin isə... - NƏ BAŞ VERİR?
-
Dünən, 09:42
Məktəblilər ancaq evdə dincəlir - yay düşərgələri əlçatan deyil
-
Dünən, 09:18
Milli Məclisin ən yaşlı deputatları - Onlar yenidən seçiləcəkmi?
-
Dünən, 09:09
Azər Həsrətdən bozqurd işarəsi ilə bağlı SƏRT İSMARIŞ - “Hər kəs həddini bilsin, yerində otursun...”
-
Dünən, 08:40
Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj etməkdə şübhəli bilinən şəxs saxlanıldı
-
Dünən, 08:38
Deputatlığa iddialılar sırasında Eldar Mahmudova bağlı iş adamı: Elxan Bəşirovun Lerik planları davam edir
-
5-07-2024, 23:11
Ukraynaya növbəti "Patriot" gətirildi
-
5-07-2024, 23:08
Deputat Kəmaləddin Qafarovun şirkəti cərimələndi
-
5-07-2024, 19:11
“Nar” Azərbaycanda turizmin inkişafını dəstəkləyir
-
5-07-2024, 19:10
Ramil Həsən yenidən deputat olacaqmı? – Qalmaqal
-
5-07-2024, 19:08
ABŞ Gürcüstanla birgə hərbi təlimləri təxirə saldı
-
5-07-2024, 18:56
DİQQƏT! “CF Kristal” kolbasasında zərərli maddələr var – FAKT
-
5-07-2024, 18:54
AAYDA-nın “köklü”ləri savaşır: Saleh Məmmədov qazanacaq, yoxsa Əvəz Qocayev?
-
5-07-2024, 18:52
QHT rəhbəri “OBA” marketlə bağlı ÇAĞIRIŞ etdi: COP29 ilində…
-
5-07-2024, 18:50
TƏBİB-in yaranması ilə səhiyyəmiz nəinki düzəldi hətta düz olanı da əyildi
-
5-07-2024, 17:38
Şuşa Zirvəsinin pərdəarxası məqamları - DETALLAR
-
5-07-2024, 14:57
Partiya sədrindən seçki AÇIQLAMASI: - “Bu adamların parlamentdə iştirakı doğru deyil”
-
5-07-2024, 14:53
Saxtakarlığa hazırlıq gedir: Təbrizə xüsusi qüvvə yeridildi
-
5-07-2024, 14:45
Badamovun dövlətə dəhşətli xidməti: 16 saata bir “tık”...
-
5-07-2024, 14:42
ABŞ senatoru Rusiya ilə bağlı Azərbaycana müraciət etdi
{sape_links}{sape_article}