Musa Qasımlının deputatlığa gedən yolu “təmizləndi”


75 saylı Masallı-Yardımlı seçki dairəsi millət vəkili, tarixçi Musa Qasımlının deputatlığa gedən yolu tamamilə təmizləndi.
Tribunainfo.az-ın məlumatına görə, əsas rəqiblərindən olan Əliməmməd Nuriyev daha sonra isə jurnalist Elşad Paşasoy qeyri-müəyyən şəraitdə namizədliklərini geri çəkiblər.
Baxmayaraq ki, istər Əliməmməd Nuriyev istərsə də Elşad Paşasoy həddindən artıq iddialı danışırdılar.
Bütün çanaq məhz bu dairədən olan seçicilərin başında sındı. Deputat üzünə həsrət qalan bu dairənin vətəndaşları növbəti 5 ildə də Musa Qasımlıya dözməli olacaq.
Eyni zamanda bir çox dairələrdə də yerli İcra Hakimiyyətlərinin seçkiyə müdaxiləsi ilə bağlı xəbərlər gəlməkdədir.
Qeyd edək ki, Musa Qasımlı 1957-ci il 28 oktyabrda Yardımlı rayonunun Hamarkənd kəndində anadan olub. O, IV çağırış Azərbaycan Respublikası Milli Məclisinə 2010-cu il 7 noyabrda keçirilən seçkilərdə 42 saylı Sumqayıt ikinci seçki dairəsindən, 2015-ci il 1 noyabrda keçirilən V çağırış, 2020-ci il 9 fevralda keçirilən VI çağırış seçkilərində 72 saylı Yardımlı-Masallı seçki dairəsindən millət vəkili seçilib.
Tarix: 31-07-2024, 17:33
Xəbəri paylaş





Xəbər lenti