"Həvəsləndirici faizlər qaranlıq məqsədlərə xidmət edir" - ŞOK AÇIQLAMA

"Həkimin iş saatı var, müraciətlərə cavab verməlidir. İş saatı ərzində nə qədər müraciət olsa, o hamısına cavab verməlidir. Amma xaricdə bu praktika qoyularkən burada həkimlərə fiksə olunmuş maaş hesablanır. Biz də bu cür hallarda dünya praktikasna müraciət etməliyik".
Siam-az.com
xəbər verir ki, bu fikirləri Musavat.com-a tanınmış cərrah, profesor Adil Qeybulla bildirib.
O əlavə edib ki, tətbiq edilən həvəsləndirici faizlər əslində qaranlıq məqsədlərə xidmət edir:
"Neqativ halların qarşısını almaq və şəffaflığı təmin etmək üçün birinci növbədə həkimlərin fiksə olunmuş maaşı olmalıdır. Əslində, icbari tibbi sığortaya bütün həkimlər cəlb olunmalıdır. Həkimlərin hamısı icbari sığortaya keçərsə, gün ərzində iş saatında növbə ilə gələn xəstələrə baxacaqlar. Növbədə də bir neçə həkim olur. Əksər ölkələrdə belədir. Bunun alternativini yaratmaq düzgün deyil".
Qeyd edək ki, son vaxtlar xəstəxanalara müraciət edən insanların bir qismi həkimlərin qəbuluna düşə bilmədiyindən şikayətlənir. Qeyd edilir  ki, bir sıra xəstəxanalarda pasiyentin müraciəti zamanı həkim gün ərzində 30 nəfərlik limitinin dolduğunu və əlavə xəstəni qəbul edə bilməyəcəyini bildirir.
Onu da diqqətə çatdıraq ki, xəstə bəzən həkimin qəbuluna düşməklə bağlı qəbz almaq üçün uzun müddət növbədə gözləməli olur. Həkim limitinin dolduğunu bildirdikdə isə narazılıq yaranır.
Tarix: 29-10-2024, 08:12
Xəbəri paylaş





Xəbər lenti