"Al Market" vətəndaşları belə aldadır - FOTO



"Al Market" mağazalar şəbəkələrində vətəndaşlar kütləvi şəkildə qiymətdə aldadılır.
 
Oxu24.com xəbər verir ki, bununla bağlı jurnalist  Miri Məcidli  öz  facebook  səhifəsində paylaşım edib.
""AL Market" vətəndaşları kütləvi şəkildə qiymətdə aldadır. Məhsulun üzərində bir qiymətdir, kassada  başqa qiymət. İrad bildirəndə də  deyirlər ki, bizdə  qayda belədir. Bu gün Yasamal rayonu,Mətbuat  Prospektində  yerləşən "Al Market"də  belə  halla  rastlaşdım...Qanuna görə müştəri  məhsulun üzərində  gördüyü  qiyməti  ödəməlidir",- deyə  jurnalist  bildirib.
 
Oxu24.com məsələ ilə bağlı kiçik araşdırma aparıb. Əməkdaşımız sözügedən mağazadan şirkətlərdən  birinə  məxsus kolbasa alıb. Məhsulun  üzərində   kolbasanın müvafiq  qramının  qiymətinin  2 manat  60  qəpik olması qeyd  edilsə də,əməkdaşımızdan kassada  4  manat  55 qəpik  pul tələb olunub. Qiymətin niyə  belə  fərqli olması  isə  açıqlanmayıb.
 
Məsələ ilə bağlı marketlər şəbəkəsinə məxsus nömrələrlə əlaqə saxlasaq da,münasibət öyrənə bilmədik.
 

 

Nigar
Tarix: 31-07-2024, 22:34
Xəbəri paylaş





Xəbər lenti