Amerika polislərini gülləbaran etdilər

Amerika polislərini gülləbaran etdilər
Hadisə nəticəsində 6 nəfər polis əməkdaşı yaralanıb, 1 polis isə həlak olub

ABŞ-ın Kolorado ştatında atışma olub. Sputnik xəbər verir ki, hadisə nəticəsində 6 nəfər polis əməkdaşı yaralanıb, 1 polis isə həlak olub.


İnsident yerli vaxtla səhər saat 5.13-də baş verib. Hüquq mühafizə orqanları əməkdaşları, məişət münaqişəsi barədə daxil olan məlumatla əlaqədər çoxmənzilli yaşayış binasına gəliblər. Onlar binaya yaxınlaşan zaman atışma başlayıb. Mülki şəxslərin yaralanması və ya ölməsi barədə hələlik məlumat verilmir.


Tarix: 2-01-2018, 08:02
Xəbəri paylaş





Xəbər lenti