Polisin qəza törədib qaçması ilə bağlı – Açıqlama

Polisin qəza törədib qaçması ilə bağlı – Açıqlama
Sosial şəbəkələrdə Yeni il ərəfəsində Bakı şəhəri Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində, 10 XX 955 dövlət nömrə nişanlı “Toyota Prado” markalı avtomaşınla, vətəndaşın ölümü ilə nəticələnən avtoqəzanın baş verməsi və qəzanı törədən avtomobilin sürücüsü – polis baş serjantı İbrahimli Nicat Əfqan oğlunun hadisə yerindən qaçaraq gizlənməsi barədə məlumatlar verilmişdir. İddia olunur ki, “Toyota Prado”nun sürücüsünün bu əməli, Nərimanov Rayon Polis idarəsi tərəfindən ört-basdır olunur və bu barədə ictimaiyyətə heç bir məlumat verilmir.

Bakı Şəhər Baş Polis İdarəsindən bildirilib ki, məlumatlar həqiqətə uyğun deyil.

“Dekabrın 28-də Bakı şəhəri Nərimanov rayonu F.Xoyski – 99 ünvanında yerləşən “Ruslan” marketin qarşısında Nərimanov RPİ DYPŞ-nin inspektoru, polis baş serjantı İbrahimli Nicat Əfqan oğlu idarə etdiyi 10 XX 955 dövlət nömrə nişanlı Toyota Prado markalı avtomaşınla yolu keçmək istəyən piyada 1962-ci il təvəllüdlü İdrisova Ədilə Tapdıq qızını vurmuş, sonuncu yolun əks tərəfində hərəkətdə olan Məmmədov Seydi Eldar oğlunun idarə etdiyi Nissan Sentra markalı 90 US 078 dövlət nömrə nişanlı avtomobilin qabaq hissəsinə dəymiş, nətcədə piyada Ədilə İdrisova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı 28.12.2017-ci il tarixdə Nərimanov Rayon Prokurorluğunda AR CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanıb və hazırda hərtərəfli araşdırmalarla istintaq davam etdirilir”, – məlumatda qeyd olunub.
Tarix: 4-01-2018, 20:08
Xəbəri paylaş





Xəbər lenti