Şərqi Çin dənizində gəmilər toqquşdu, 30 İran dənizçisi itkin düşdü

Şərqi Çin dənizində gəmilər toqquşdu, 30 İran dənizçisi itkin düşdü Şərqi Çin dənizində gəmi və Panama bayrağı altında üzən neft tankerinin toqquşması nəticəsində 32 nəfər itkin düşüb.

“Sinxua” agentliyi xəbər verir ki, bu barədə Çinin Nəqliyyat Nazirliyi məlumat yayıb.

Hadisə axşam saatlarında baş verib. İtkin düşən dənizçilərdən 30 nəfəri iranlı, ikisi isə benqallıdır.

20-dən çox dənizçi təhlükəsiz şəraitdədir. Qəza yerinə xilasetmə katerləri göndərilib. Hadisənin səbəbləri araşdırılır.
Tarix: 7-01-2018, 14:29
Xəbəri paylaş





Xəbər lenti