İrəvanda yol qəzası: bir zabit öldü, biri isə... - Foto

İrəvanda yol qəzası: bir zabit öldü, biri isə... - Foto
İrəvanda baş verən yol qəzası nəticəsində Ermənistan Yol Polisinin bir zabiti ölüb, biri isə yaralanıb.

Report xəbər verir ki, hadisə yanvarın 8-də gecə saatlarında paytaxtın Abovyan küçəsi ilə Sayat-Nova prospektinin kəsişməsində baş verib.


BMV-X6 ilə “Toyota Karola” markalı avtomobillərin toqquşması nəticəsində Ermənistan Yol Polisinin 1-ci zabit taborunun zabiti, “Toyota Karolla”nın sürücüsü 29 yaşlı Yerevan sakini Areq Davtyan ölüb. Avtomobildəki digər sərnişin, onun həmkarı 34 yaşlı Xaçik Qasparyan isə ağır yaralanıb. Məlumata görə, hər iki polis zabiti xidməti vəzifəsinin icra edirmiş.

BMV-X6-nin sürücüsü hadisə yerindən qaçıb.

Qəza ilə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. İrəvanda yol qəzası: bir zabit öldü, biri isə... - Foto
Tarix: 8-01-2018, 11:13
Xəbəri paylaş





Xəbər lenti