Gədəbəydə qızıl alverçisinin evinə basqın edilib
Gədəbəy rayonunda evə hücüm edən naməlum şəxslər ev sahibini döyüblər.“Report”un Qərb bürosunun məlumatına görə, Gədəbəy rayon sakini, 1959-cu il təvəllüdlü Rahilə Tapdıq qızı İbrahimovanın evinə basqın edilib. Onlar qadını döyərək qızıllarını götürüb qaçıblar. Ev sahibi yaralı halda xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, qadın qızıl alveri ilə məşğul olan şəxsdir.
Faktla bağlı araşdırma aparılır.
Tarix: 11-01-2018, 09:54