Gürcüstanda Milli qvardiyanın keçmiş komandiri öldürüldü
Gürcüstanın Rustavi şəhərində iş adamı odlu silahla qətlə yetirilib.
Siam.az Oxu.Az-a istinadən xəbər verir ki, Samson Kutateladzenin meyiti ofisində aşkar olunub.Qətlə yetirilmiş şəxs “İstanbul bazarı” adlanan ticarət obyektinin sahiblərindən biridir.
Gürcüstanın Daxili İşlər Nazirliyində faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, general S. Kutateladze 2004-2006-cı illərdə Milli qvardiyanın komandiri olub.
Tarix: 16-01-2018, 06:02