Bakıda banka silahlı basqın edənin kimliyi bəlli oldu — TƏFƏRRÜAT

Bakıda banka silahlı basqın edənin kimliyi bəlli oldu — TƏFƏRRÜAT
“Turanbank”ın Bakıdakı filiallarından birinə basqın edən şəxsin kimliyi məlum olub.
"Ölkə.Az" xəbər verir ki, bu 1967-ci il təvəllüdlü Məmmədov Nazim Novruz oğlu basqın edib.


Araşdırmalar zamanı məlum olub ki, N.Məmmədov ruhi xəstədir.

Banka baqsın edən şəxs hazırda Yasamal RPİ-nin 27-ci polis bölməsində dindirilir.

***
“Turanbank”ın Bakıdakı filiallarından birinə basqın olub.

"Ölkə.Az" Report-a istinadən xəbər verir ki, hadisə bankın Nizami küçəsi-53 ünvanında yerləşən Yasamal filialında qeydə alınıb.

Məlumata görə, əlində kəsici alət olan naməlum şəxs filialın kassasına yaxınlaşaraq kassirdən hədə-qorxu ilə pul tələb edib.

Hadisə yerinin yaxınlığında olan polis əməkdaşları həmin şəxsi yaxalayıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.
Tarix: 18-01-2018, 17:42
Xəbəri paylaş





Xəbər lenti