Vətəndaşlara qarşı 922 min manatlıq dələduzluq edən azadlığa buraxıldı

Vətəndaşlara qarşı 922 min manatlıq dələduzluq edən azadlığa buraxıldı Gəncə Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının keçmiş rektoru Ramiz Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Zabil Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin qərarına əsasən, R.Məmmədova Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilərək azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə sınaq müddəti təyin olunub və məhkəmə zalından azadlığa buraxılıb.

Ramiz Məmmədov Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinirdi. R.Məmmədov onlarla vətəndaşa qarşı 922 min manatdan çox dələduzluq etməkdə təqsirləndirilirdi. O, instituta düzəltmək adı ilə vətəndaşlardan külli miqdarda pul almaqda, saxta diplom verməkdə günahkar bilinirdi.
Tarix: 19-01-2018, 09:10
Xəbəri paylaş





Xəbər lenti