Türkiyədə ACI GÜN: 6 ölü, 78 yaralı


Türkiyə bu günə faciəvi xəbərlərlə başlayıb.

Publika.az xəbər verir ki, Muş bölgəsində baş verən avtobus qəzasından bir neçə saat sonra bənzər hadisə Konyada yaşanıb.

Hadisə nəticəsində 38 nəfər yaralanıb. Yaralananlardan 7 nəfərin vəziyyətinin ağır olduğu bildirilib. Verilən məlumata görə, sərnişin avtobusu qar yağışının kəskin olduğu yoldan keçərkən aşıb.

Daha bir qəza isə Sivas şəhərində meydana gəlib. Yas mərasiminə gedən sərnişinləri aparan avtobusun aşması nəticəsində 16 nəfər yaralanıb.

Türkiyədə baş verən 3 müxtəlif hadisə zamanı 6 nəfər ölüb, 78 nəfər yaralanıb.
Tarix: 19-01-2018, 13:36
Xəbəri paylaş





Xəbər lenti