Əvvəl arvadını öldürdü, sonra eyvana çıxıb ətrafdakıları güllələdi - CİNAYƏT

İtaliyanın cənubundakı Bellona şəhərinin sakini öz eyvanından ətrafdakılara atəş açıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu, insanlar arasında təlaşa yol açıb.

Hadisə nəticəsində biri polis əməkdaşı olmaqla, dörd nəfər xəsarət alıb.

Məlumata görə, tüfənglə silahlanan şəxs əvvəlcə öz həyat yoldaşını qətlə yetirib və mənzildə qurduğu barrikadanın arxasında gizlənib. Onun 14 yaşlı qızı evdən qaçmaqa müvəffəq olub.
Tarix: 22-01-2018, 23:48
Xəbəri paylaş





Xəbər lenti