Bakıda intihar – Özünü 9-cu mərtəbədən atdı

Bakıda intihar – Özünü 9-cu mərtəbədən atdı Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib. Hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.
1987-ci il təvəllüdlü Vəliyev Nicat Rəfael oğlu özünü yaşadığı binanın 9-cu mərtəbəsindən yerə atıb. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. N.Vəliyev ruhi əsəb xəstəliyindən əziyyət çəkirmiş. (Report)
Tarix: 30-01-2018, 09:36
Xəbəri paylaş





Xəbər lenti