Bakıda dəhşətli cinayət: Atasını bıçaqlayaraq öldürdü sonra yandırdı (TƏFƏRRÜAT)

Bakıda dəhşətli cinayət: Atasını bıçaqlayaraq öldürdü sonra yandırdı (TƏFƏRRÜAT) Xəzər rayonunda oğul dostları ilə atasını öldürüb sonra isə yandırıb.

Hadisə yanvar ayının 31-də rayonun Zirə qəsəbəsində Azər Əliyev adlı şəxsin evində qeydə alınıb. Rayon prokurorluğundan ölkə.az-a verilən məlumata görə, fevral ayının 2-də 57 yaşlı İbrahim Əliyevin meyiti qardaşı Azərin evində tapılıb. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin müayinələrə başlayıblar. Məlum olub ki, İ. Əliyev bıçaqlanıb sonra isə yandırılıb.

Dərhal istintaq əməliyyat qrupu yaradılıb və hadisəni törətməkdə şübhəli bilinən İ.Əliyevin oğlu 21 yaşlı Elməddin Əliyev, əvvəllər 17 il məhkumluq həyatı yaşamış Vəlican Dadaşov və yenə də məhkum olunmuş 26 yaşlı Nəcməddin Vəliyev saxlanılaraq rayon prokurorluğuna təhvil veriliblər. Faktla bağlı rayon prokurorluğunda cinayət məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İlkin versiyaya görə, oğul atasını tamah məqsədi ilə qətlə yetirib.

Qeyd edək ki, qətlə yetirilən İ.Əliyev gəmidə matros işləyib.
Tarix: 3-02-2018, 22:39
Xəbəri paylaş





Xəbər lenti