Əfqan Cəfərovu borc üstündə güllələdilər

Əfqan Cəfərovu borc üstündə güllələdilər Xaçmaz rayonunda qətl hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə rayonun Çarxı kəndində qeydə alınıb.

Kənd sakini, 1973-cü il təvəllüdlü Hidayətov Ehtiram Əliyar oğlu həmkəndlisi, 1973-cü il təvəllüdlü Cəfərov Əfqan Malik oğlunu borca görə düşən mübahisə zamanı özünə məxsus ov tüfəngi ilə qətlə yetirib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Tarix: 5-02-2018, 21:10
Xəbəri paylaş





Xəbər lenti