“Radiozavod”da yanğın davam edir-VİDEO

Xəbər verdiyimiz kimi, az əvvəl Bakının Xətai rayonunda güclü partlayış olub.

"Radiozavod" kimi tanınan "Radioquraşdırma" İstehsalat Birliyi yaxınlığında güclü partlayış səsindən sonra yanğın başlayıb və Əhmədli və Həzi Aslanov stansiyaları tərəfini duman bürüyüb.

Partlayış o qədər güclü olub ki, yaşayış binalarını və ətrafdakı ticarət obyektlərini silkələyib.

Hadisənin baş vermə anı sosial şəbəkələrdə paylaşılıb.

Siam.az həmin görüntüləri təqdim edir:
Tarix: 6-02-2018, 20:55
Xəbəri paylaş





Xəbər lenti