Rusiyada DƏHŞƏTLİ təyyarə qəzası - 71 ölü-FOTOLAR, VİDEO


Rusiyanın "Saratov Hava Yolları" aviaşirkətinə məxsus sərnişin təyyarəsi "Domodedovo" hava limanından qalxdıqdan sonra Orsk şəhərində qəzaya uğrayıb.

AzVision.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olub.

Təyyarənin Arqunovo kəndi yaxınlığında qəzaya uğradığı bildirilir.

Hazırda ölən və yaralılar barədə məlumat verilməyib. Əraziyə xilasedici briqadalar göndərilib.
Tarix: 11-02-2018, 20:03
Xəbəri paylaş





Xəbər lenti