Bayılda sürüşmə dayanmır

Bayılda sürüşmə dayanmır
“Hazırda Bayıl sürüşmə zonasında müşahidələr, mühəndis araşdırmaları aparılır, sürüşmə aktiv fazadadır, davam edir”.

Bu barədə açıqlamasında ərazidə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, hazırda sürüşmə olan əraziyə getmək olmaz: “Ərazidə 20-30 metrlik böyük yarğanlar var. Hazırda orada topoqrafik işlər aparılır. Hazırda əraziyə mayak qoymaq və başqa işlər görmək mümkünsüzdür”.

Ekspedisiya rəisi qeyd edib ki, Zığ, Masazır qəsəbəsindəki “Zəli gölü”, Nübar qəsəbəsidə olan sürüşmə sahələrində də aktivləşmə var.
Tarix: 13-02-2018, 13:54
Xəbəri paylaş





Xəbər lenti