Bakının tarixi binaları sökülmək təhlükəsi qarşısında

Bakının tarixi binaları sökülmək təhlükəsi qarşısında
Bakının Nəsimi rayonunun bir qrup sakini redaksiyamıza müraciət edərək, onların yaşadığı binaların barəsində Nazirlər Kabineti tərəfindən söküntü qərarı çıxarılmış binaların siyahısına daxil olub-olmamasını aydınlaşdırmağı xahiş ediblər.

Virtualaz.org-un əməkdaşına Nəsimi Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən binalar siyahıya daxil deyil, “lakin bu o demək deyil ki, onlar sökülə bilməz”. Əməkdaşımızın “Necə yəni?” sualı bu cür cavablandırılıb: “Əgər həmin binalar qəzalı vəziyyətdə olan binalarla eyni məhllədədirlərsə, şəhərsalma normalarına əsasən, sökülə bilərlər”.

Bu izahat şübhəli göründüyü üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etdik.



Komitənin tikintiyə nəzarət şöbəsinin rəisi Əmiraslan Həsənov bildirdi ki, əgər Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıya əsasən, məhəllənin bu və ya digər binası qəzalı hesab edilibsə, bütün məhəllə yenidən qurulur.

“Bu o deməkdir ki, həmin məhəllədə köhnəlmiş, yeni tələblərə cavab verməyən binalar spküləcək. Yalnız o tikililər qalacaq ki, müasir tələblərə cavab verirlər”, - şəhərsalma üzrə mütəxəssis dedi.

“Hansı standartlardan danışırlar? “Müasir tələblərə cavab verməyən” binalar vaxtilə dövlət komissiyası tərəfindən qəbul edilib və onlara mülkiyyət hüququnu təısdiq edən şəhadətnamə verilib. Bəs tarixi binalar? Onlar da müasir tələblərə cavab vermirlər, onlar da sökülməlidir?” – sualın belə qoyuluşu vəkil Elmar Süleymanovu əsəbiləşdirir.

“Yalnız müasir tələblərə cavab vermədikləri üçün binaları sökmək məntiqə ziddir. Məncə, bütün bunları ona görə edirlər ki, həmin binaların altındakı torpaq sahələrini əllərinə keçirib sonradan satsınlar”, - hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı öz fikrini bildirib.
Tarix: 18-02-2018, 20:55
Xəbəri paylaş





Xəbər lenti