Türk silahlıları terrorçulara dəstəyə gələn avtomobil karvanını vurdu
Türk Silahlı Qüvvələri Afrindəki terror təşkilatlarına köməyə gələn təqribən 40-a yaxın silahlı maşın karvanını vurub.Siam.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargah Nazirliyi məlumat yayıb.
Afrində başladılan “Zeytun budağı” əməliyyatı ilə bağlı açıqlama verən nazirlik Afrinə girməyə çalışan PKK/KCK/PYD – İŞİD terror qruplaşmalarına aid 30-40 silahlı avtomobil karvanının vurulduğunu bildirib.
Tarix: 23-02-2018, 10:43