Mingəçevirdəki “Azneftmaş” ASC-də partlayış olub

Mingəçevirdəki “Azneftmaş” ASC-də partlayış olub Partlayış nəticəsində 2 nəfər xəsarət alıb

Fevralın 26-da günorta saatlarında Mingəçevir şəhərində müxtəlif maşınqayırma və neft avadanlıqları hissələrinin istehsalı ilə məşğul olan “Azneftmaş” ASC-də partlayış olub. Partlayış zamanı 2 nəfər xəsarət alıb.

İlkin məlumata görə, partlayış qaynaq aparatındakı nasazlıq səbəbindən baş verib. Partlayış nəticəsində müəssisənin əməkdaşları – 1978-ci il təvəllüdlü Soltan Qəzənfər oğlu Nazirov və 1986-cı il təvəllüdlü Maqsud Yaqub oğlu İsrafilov müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Hər iki yaralı Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Azər
Tarix: 26-02-2018, 21:36
Xəbəri paylaş





Xəbər lenti