Bakıda kütləvi dava: Ölən və yaralananlar var

Bakıda kütləvi dava: Ölən və yaralananlar var
Bakıda kütləvi dava zamanı yaşlı kişi qətlə yetirilib.

Siam.az-ın Report-a istinadən xəbərinə görə, hadisə Nizami rayonunda baş verib.

Qara Qarayev prospekti 62 ünvanındakı 34-cü mənzil qarşısında 1966-cı il təvəllüdlü Məmmədov Yaşar Məmməd oğlu və onun oğlu ilə 6 nəfər arasında əlbəyaxa dava olub. Dava zamanı Y.Məmmədovun bədəninin müxtəlif nahiyələrinə 3 bıçaq zərbəsi vurulub.

Nəticədə o, çoxlu qan itirib. Yaralı xəstəxanaya aparılarkən qan itirmədən dünyasını dəyişib. Dava zamanı habelə daha 2 nəfər xəsarət alıb.Faktla bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Hadisəni törədənlər və iştirakçılar axtarışdadır.
Tarix: 4-03-2018, 09:58
Xəbəri paylaş





Xəbər lenti