Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb


Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıbNəriman Əliyev (arxa fonda: yaşıllıq ərazi əvvəl və sonra)

Baş Prokurorlu1 ağacların qanunsuz olaraq kütləvi şəkildə məhv edilməsi ilə bağlı cinayət işi açıb.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir:
"Kütləvi informasiya vasitələrindən daxil olmuş sorğuya Baş Prokurorluğun Mətbuat xidmətindən cavab olaraq bildirilmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumat və vətəndaş müraciəti əsasında Baş prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılmış araşdırma başa çatmışdır.
Müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 10C ünvanında “Ştutqart” MMC-nin qanuni təmsilçisinin xüsusi mülkiyyətinə verilmiş qeyri-yaşayış təyinatlı torpaq sahəsində həmin MMC-nin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində meşə fonduna daxil olmayan müxtəlif diametrli 21 ədəd şam və sərv cinsli ağaclar qanunsuz kəsilərək götürülmüş və bununla da, külli miqdarda, yəni 11 min manat məbləğində ziyan dəymişdir.
Toplanmış material üzrə Cinayət Məcəlləsinin 259.2.3 (qanunsuz ağac kəsmə- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilmişdir".
***
Xatırladaq ki, “Ştutqart” MMC-nin rəsmi və faktiki sahibi keçmiş deputat Nəriman Əliyevdir. Mediada yayılmış bəzi məlumatlara görə, ağacların kəsilməsini ərazinin mühafizəçisi öz üzərinə götürmək istəyib, amma bu versiya inandırıcı görünmədiyinə görə bu variantdan vaz keçiblər. Çünki mühafizəçinin ağacları kəsib ağır texnika ilə ərazini hamarlamaq üçün heç motivi yoxdur. Şikayətçi Abutalıb Ağayev isə Bizimyol.info-ya bildirib ki, ağacların kəsilməsinə göstərişi şəxsən Nəriman Əliev özü verib. Çünki ərazi ona məxsusdur, həmçinin özünün də orada ofisi var və ondan xəbərsiz və icazəsiz heç kim orada kütləvi qaydada ağacları kəsə bilməzdi.
Tarix: 20-01-2022, 11:44
Xəbəri paylaş





Xəbər lenti