Polis Bakıda gecə klubunda əməliyyat keçirib, saxlanılanlar var -FOTO



Bakının Nizami rayonunda polis əməliyyat keçirib.
APA xəbər verir ki, Qara Qarayev prospekti 61-B ünvanında yerləşən X-Life gecə klubunda Nizami Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçiriblər.

Klubun təşkilatçıları içəridə müştəri olarkən saat 12-dən sonra fəaliyyətlərini davam etdiriblər. Nizami Rayon Polis İdarəsinin əməkdaşları kluba daxil olub, 34 müştəri və klubun 4 təşkilatçısı polis idarəsinə aparılıb. Müştərilər barəsində inzibati protokol tərtib edilib. Təşkilatçılar isə saxlanılıb.
Fakt araşdırılır.
Polis Bakıda gecə klubunda əməliyyat keçirib, saxlanılanlar var  - FOTO
Polis Bakıda gecə klubunda əməliyyat keçirib, saxlanılanlar var  - FOTO

Tarix: 29-01-2022, 09:05
Xəbəri paylaş





Xəbər lenti