Azərbaycanda DƏHŞƏT: Dörd uşaq anası məktəbdə öldürüldü



İsmayıllı rayonunda məktəbdə gözətçi texniki işçini qətlə yetirib. 

Bizim.Media xəbər verir ki, hadisə rayonun Basqal kənd tam orta məktəbində qeydə alınıb. 

Belə ki, məktəbin gözətçisi olan kənd sakini Bəxtiyar Əhmədli məktəbin texniki işçisi Gülarə Qəhrəmanovanı aralarında baş verən mübahisə zəminində bıçaqlayaraq öldürüb. 

İlkin məlumata görə, hadisə iki şəxs arasında baş verən mübahisə nəticəsində olub.  

Qeyd edək ki, G.Qəhrəmanova isə dörd uşaq anasıdır. Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məclləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır. 
Tarix: 11-02-2022, 14:37
Xəbəri paylaş





Xəbər lenti