BMT-nin əməkdaşları Yəməndə oğurlandı


Yəməndə BMT-nin humanitar qurumlarından birinin altı əməkdaşı oğurlanıb.
 
Onlar Ədənə qayıdarkən ölkənin cənubundakı Abyan əyalətində bir qrup silahlı şəxs tərəfindən saxlanılıblar. BMT əməkdaşları ilə birlikdə onları müşayiət edən hərbi polisin əsgərləri də naməlum istiqamətə aparılıb.
 
Abyan əyalətindəki qəbilələrdən birinin nümayəndələrinin sözlərinə görə, ekstremistlər əvvəllər Cənub Keçid Şurasının (CKŞ) qüvvələri tərəfindən həbs edilmiş girovların öz silahdaşlarına dəyişdirilməsi ilə bağlı danışıqlar aparmağa çalışırlar. ÇKŞ artıq regionda fəaliyyət göstərən yaraqlıları, o cümlədən “Əl-Qaida” qruplaşması terrorçularını dəstəkləyən “Müsəlman Qardaşları” beynəlxalq birliyini bu insidentdə əli olmaqda ittiham edib.
 
BMT nümayəndələri Abyandakı humanitar vəziyyəti öyrənmək üçün əyalətdə işgüzar səfərdə olublar.
Tarix: 13-02-2022, 08:59
Xəbəri paylaş





Xəbər lenti