DTX-nın saxladığı polkovnik tək deyilmiş - SİYAHI

DTX-nın saxladığı polkovnik tək deyilmiş - SİYAHI 
Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində əməliyyat keçirib və Nazirliyin Maliyyə İdarəsinin şöbə rəisi, polkovnik Xələfov saxlanılıb. 
 
Dünən Səbail rayon Məhkəməsində onun barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. 
 
Polkovnik Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirləndirildiyi bildirilir. O, yarım milyon manatdan çox dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir...
 
Bu, Qafqazinfo.az saytının yaydığı məlumatdır. Moderator.az mövzunu davam etdirərək polkovnik Xələfovun yarım milyon deyil, bir neçə milyon manat vəsaiti mənimsədiyini öyrənib. Üstəlik, Xələfov tək deyil və onunla birlikdə nazirliyin bir sıra vəzifəli şəxsləri də qandallanıb. Bunlar aşağıdakılardır:
 
"Müdafiə Nazirliyi Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayramov Bayram Tahir oğlu (dəymiş ziyan 2 milyon 635 min manat", N saylı hərbi hissənin maliyyə xidmətinin rəisi Sərkərov Fərahim Fazil oğlu (dəymiş ziyan 450 min manat), Müdafiə Nazirliyi Maliyyə və büdcə idarəsinin nəzarət-təftiş şöbəsinin rəisi Xələfov Rəfail Hafiz oğlu (dəymiş ziyan 9 milyon 650 min manat), Müdafiə Nazirliyi Hərbi-Dəniz Qüvvələrinin maliyyə xidmətiniun rəisi Əlizadə Vüsal Ədalət oğlu (dəymiş ziyan 1 milyon 800 min manat)".

Tarix: 13-02-2022, 16:45
Xəbəri paylaş





Xəbər lenti