Yol polisi bıçaqlandı



Gəncədə bıçaqlanma hadisəsi verib.
 
1985-ci il təvəllüdlü Abdıyev Mürşüd sol qolunun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
 
Dərhal xəstənin yarası tikilib,vəziyyətinin normal olduğu bildirilir. Qeyd edək ki, bıçaq xəsarəti alan şəxs Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşıdır.
 
Hadisə onun xidməti vaxtı baş verib.
 
Cinayəti törədən şəxs polis tərəfindən saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
APA
Tarix: 19-02-2022, 08:27
Xəbəri paylaş





Xəbər lenti