İki uşaq və anasının qatili HADİSƏ YERİNƏ gətirildi- Qətli bu cür törədib EKSKLÜZİV GÖRÜNTÜLƏR



Bakıda iki uşaq və anasını qətlə yetirən Əhəd Əliyev qolu qandallı şəkildə polislər tərəfindən hadisə yerinə gətirilib.
Musavat.com xəbər verir ki, Əhəd Əliyev hadisəni necə törətdiyini canlandırıb. Onunla kimsənin yaxın təmasına, jurnalistlərin açıqlama almasına icazə verilməyib.
Qonşular kənardan qatili hiddətlə qınayır və bildirirdilər ki, hadisədən öncə onu bu ərazidə bir neçə dəfə görüblər. 
Qeyd edək ki, ilkin məlumata görə, qətlə yetirilən G.Qaraxanovanın bacısının əri olan Əhəd Əliyev təxminən 2007-ci ildən 2014-cü illərdə məktəb direktoru vəzifəsində çalışıb. O Sabirabad rayonunda yaşayırdı. Prokurorluq nümayəndələri başqa bir işlə bağlı direktorun fəaliyyət dövrünü əhatə edən sənədləri Saatlı Rayon Təhsil Şöbəsindən götürüblər.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.









Tarix: 21-02-2022, 22:11
Xəbəri paylaş





Xəbər lenti