Kiyevdə raket qalıqlarının düşməsi nəticəsində yaşayış binası alışıb yanır



Kiyevdə yaşayış binasına raket qalıqları düşməsi nəticəsində, ilkin məlumata görə, biri ağır olmaqla 3 nəfər yaralanıb. Bunu Kiyev şəhərinin meri Vitali Kliçko Telegram-kanalında bildirib.
"Təcili yardım maşınları insanları xəstəxanalara aparır. Hadisə yerində bütün lazımi qəza-xilasetmə qüvvələri işləyir. Ev yanır, çökmə təhlükəsi var", - V. Kliçko bildirib.
Tarix: 25-02-2022, 10:27
Xəbəri paylaş





Xəbər lenti