Ukraynanı tərk edən azərbaycanlılar atəşə tutuldu: ölən və yaralananlar var



Ukraynadan Moldovaya keçmək istəyən azərbaycanlılar gülləbaran edilib.
Musavat.com xəbər verie ki, bu barədə Odessada yaşayan keçmiş jurnalist Anar Natiqoğlu öz sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumatda bildirilir: "Bir saat öncə Odessa şəhərindən 60 km aralıda, sərhəd qoşunları hərbçiləri formasında diversiya qrupu olduğu ehtimal olunan silahlılar 7-8 maşından ibarət olan əslən Kəlbəcər rayonundan olan soydaşlarımızın kolonunu tanınmamış Pridnestrovye ilə sərhəd Kuçurqan keçid məntəqəsi yaxınlığında gülləbaran edib. Hadisə şahidlərinin dediyinə görə 3 həmvətənimiz dünyasını dəyişib, 4-5 yaralı var. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, günahsız insanların qanına susamış terrorçuların bəlasını versin!!!"
Tarix: 27-02-2022, 08:32
Xəbəri paylaş





Xəbər lenti