Məşhur rus komandir öldürüldü - 42 nəfər məhv edildi

Məşhur rus komandir öldürüldü - 42 nəfər məhv edildi
Rusiya Milli Qvardiyasının xüsusi təyinatlı (SOBR) dəstəsi Kiyev ətrafındakı döyüşlərdə məhv edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı Ukrayna KİV-ləri yayıb. Məlumatda bildirilir ki, döyüşlərdə SOBR-un Kemorov vilayəti üzrə komandiri Konstantin Oqiy də ölüb. O, Rusiyanın Əfqanıstan və Çeçenistanda keçirdiyi hərbi əməliyyatlarda da iştirak edib.
Rusiyanın Tayqa.info saytı isə xəbər verir ki, Konstantin Oqiyin qrupu pusquya düşüb. Məlumatda deyilir ki, Oqiy ilə birlikdə 42 nəfər ölüb.
Oqiyin rəhbrəlik etdiyi dəstə Ukraynaya Belarusiyadan daxil olub. Bu gün öldürülən xüsusi təyinatlıların nəşi Rusiyaya göndəriləcək.
Tarix: 28-02-2022, 17:30
Xəbəri paylaş





Xəbər lenti