Xarkov şəhərinin vurulma görüntüləri yayıldı! RUSLAR "kasset" tipli bombalardan istifadə edirlər! VİDEO



Rusiya ordusunun artillieriyaçıları tərəfindən Xarkov şəhərində çoxmərtəbəli binanın həyətinin vurulmasını göstərən videokadrlar yayılıb.
Musavat.com xəbər verir ki, həmin kadrlarda yaşayış massivinin atəşə tutulduğu, bir neçə saniyənin içində 10-dan artıq kasset tipli bombanın binaların həyətində dayanmış avtomobillərin yanına və üstünə düşdüyü, maşınlardan birinin alışdığı görünür. 
Bundan başqa, bombardman nəticəsində onlarla ölü, yüzlərlə yaralının olduğu, Rusiya ordusunun Ukrayna şəhərlərini intensiv şəkildə "kasset" bombaları ilə vurduğu bildirilir.
Qeyd edək ki, bu gün Xarkov şəhərinin artilleriya atəşinə məruz qalması və mülki insanların həlak olması barədə sərt mövqeyini bildirən beynəlxalq təşkilatlara Rusiya tərəfinin cavabı belə olmuşdu ki, rus hərbçilər mülki binaları və insanları atəş hədəfi etmirlər.
Siam.az görüntüləri təqdim edir.

Tarix: 28-02-2022, 23:10
Xəbəri paylaş





Xəbər lenti