Putin dəstəkçisi ukraynalı bələdiyyə sədri ölü tapıldı

Putin dəstəkçisi ukraynalı bələdiyyə sədri ölü tapıldı
Ukraynanın Kreminna şəhərinin bələdiyyə sədri Vlodimir Struk Rusiyanın Ukraynaya hücumunu doğru hesab etdiyini bildirdikdən sonra evindən oğurlanaraq başından güllələnib.
 
Moderator.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsindən səkkiz gün ötür. Bir çox şəhərlərdə şiddəti döyüşlər davam edərkən, iki ölkənin nümayəndə heyətləri bu gün Belarusda ikinci dəfə danışıqlar masası arxasına oturmaq qərarına gəliblər. Bölgədə gərginliyin artdığı bir vaxtda Ukraynanın şərqindəki Kreminna şəhərinin bələdiyyə sədri, Putin tərəfdarı olan Vlodimir Struk Rusiyanın Ukraynaya hücumunu doğru hesab etdiyini bəyan edib. Evindən qaçırıldıqdan sonra başından güllələnən bələdiyyə sədrinin yolun qırağında meyiti tapılıb. 
 
Ukrayna daxili işlər nazirinin müavini Anton Geraşenko sosial media hesabından yazdığı statusunda "Ukraynanın satqınlarından biri də azaldı. Luqansk Regional Şurasının keçmiş üzvü, Kreminetsk OTG-nin keçmiş rəhbəri ölü tapılıb"-sözlərini yazıb. 

Tarix: 3-03-2022, 18:43
Xəbəri paylaş





Xəbər lenti