Ukraynanın Sumı və Axtırka şəhərləri Rusiya aviasiyası tərəfindən bombardman edilib



Ukraynanın Sumı şəhəri və şəhərətrafı əraziləri Rusiya aviasiyası tərəfindən bombardman edilib. Hadisə nəticəsində yaşayış evləri dağıdılıb, mülki əhali arasında ölən və xəsarət alanlar var.
Məlumatı Sumı Regional Hərbi Administrasiyasının sədri Dmitri Jivitski də təsdiq edib.
Ukraynalı rəsmi ölənlər arasında azyaşlıların olduğunu da bildirib. Hələlik mülki əhali arasında 10 nəfərin həlak olduğu bildirilir. Ölənlərin sayının yüksələcəyi istisna edilmir.
Bombardmana məruz qalan digər ərazi Ukraynanın Sumı vilayətinin Axtırka şəhəri və Bitisa kəndi olub.
Yerli qurumlardan verilən məlumata əsasən, hazırda adı qeyd olunan şəhər və kəndin ərazisində xilasedicilər işləyir, əraziyə tibbi yardım briqadaları cəlb edilib.



Tarix: 8-03-2022, 11:38
Xəbəri paylaş





Xəbər lenti