PUTİNİN MARİUPOLDA YARATDIĞI DƏHŞƏT... - Ölənlər kütləvi məzarlıqda basdırılır, aclıq... - FOTOLAR + VİDEO (16+)



Martın 9-da Mariupolda rus işğalçılarının atəşə tutması nəticəsində həlak olan ukraynalılar kütləvi məzarlıqda basdırılıb.
"AzPolitika.info" Ukraynanın unian.net saytına istinadən xəbər verir ki, döyüşlərin getdiyi Donetsk vilayətindən çəkilmiş fotoları Daxili işlər nazirinin müşaviri Anton Geraşenko öz "Telegram" kanalında dərc edib.
“İnsanlar ölənlərin cəsədlərini Mariupolun kənarındakı kütləvi məzarlığa basdırılır.Çünki işğalçı qüvvələrin güclü atəşi nəticəsində öz yaxınlarını dəfn edə bilmirlər” - deyə, o qeyd edib.


Geraşenko daha sonra bildirib ki, işğalçılar həm şəhərin özünü, həm də sakinlərini artilleriya və havadan atəşə tutmaqla amansızcasına məhv edirlər: "Mərmilərə görə Mariupolda işıq, su və qaz yoxdur. Heç bir əlaqə imkanı mövcud deyil. İşğalçılar humanitar konvoyların şəhərə daxil olmasına, mülki şəxslərin isə “yaşıl dəhliz”lə şəhərdən çıxmasına icazə vermirlər. Şəhər humanitar fəlakətin astanasındadır".


Tarix: 11-03-2022, 09:01
Xəbəri paylaş





Xəbər lenti