Ukrayna səmasında vurulan Rusiya hərbi təyyarəsi Belarus ərazisinə düşdü...


Ukrayna səmasında vurulan Rusiya hərbi təyyarəsi Belarus ərazisinə düşdü...
Cümə axşamı, martın 10-da gecə Belarusun Ukrayna ilə sərhədi yaxınlığındakı Luninets şəhərinin sakinləri yerə çırpılan, partlayan və alovlanan təyyarənin düşməsinin şahidi olublar. İlkin məlumata görə, Ukrayna səmasında vurulan Rusiyaya məxsus hərbi təyyarə Belarus ərazisində yerə düşüb.

Moderator.az xəbər verir ki,  Motolko.help saytının məlumatına görə, yerli sakinlər saat 21:00-dan sonra güclü partlayış eşitdiklərini və parlaq işıq gördüklərini bildiriblər.
 
Hadisə şahidləri bildirirlər ki, partlayış nəticəsində evlərdə pəncərələr titrəyib, bəzi yerlərdə hətta şüşələr sınıb. Qəza yerinə xilasedici helikopterlər və yanğınsöndürənlər, çoxlu sayda Belarus və Rusiya hərbçiləri gəlib. 

Belarusun Drebsk kəndində də partlayış səsləri eşidildiyi bildirilir. Yerli sakinlər iddia edirlər ki, partlayışdan sonra meşə yanğınında olduğu kimi parıltı müşahidə ediblər.
 
İlkin məlumata görə, Maçulişşi aerodromuna doğru hərəkət edən Rusiya silahlı qüvvələrinə məxsus  hərbi təyyarə  Kojan aqro-şəhərciyi yaxınlığında yerə çırpılıb.
 
"Belarusian Gayun" telegram-kanalı Rusiya hərbi təyyarəsinin qəzaya uğradığını təsdiqləyən danışıqların ələ keçirilən audio-yazısının stenoqramını dərc edib.
 
"Onda onlara təyyarənin təxminən harada qəzaya uğradığını deyin ki,  əgər sağ çıxsalar, onları tapmaq daha asan olsun ... enişdə [aerodroma gedən yolda] təxminən 20 kilometr ..." -  sözügedən danışıqlardan çıxarışda belə deyilir.
 
Xatırladaq ki, martın 10-na keçən gecə Belarus hərbi aerodromlarından havaya qalxan Rusiya aviasiyası Jitomir vilayətinin Korosten şəhərini atəşə tutub. Nəticədə bir nəfər həlak olub, iki nəfər isə ölümcül yanıq xəsarətləri alıb və faktiki olaraq onlar da ölüb...
 
Sultan Laçın

Tarix: 11-03-2022, 09:10
Xəbəri paylaş





Xəbər lenti