Rusiya ordusunda fərarilərə qarşı “güllələmə dəstələri” bərpa edilib - İDDİA



Yaxın həftələr ərzində Rusiya ordusu irəliləyə biləcəyi istiqamətlərə bütün ehtiyat qüvvələrini cəmləşdirəcək.
Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç məlumat yayıb.
Onun sözlərinə görə, hazırda RF ordusu Kiyev yaxınlığında gözləmə mövqeyi tutub və kiçik dəstələrlə sızmağa çalışır. Eyni vəziyyət Mariupol və Xarkovda da müaşhidə edilir.
Bu arada Ukrayna ordusuna əsir düşən rus əsgərlərdən biri Rusiya ordusunda döyüşdən qaçanlara və fərarilik edənlərə qarşı stalinçi “güllələmə dəstələri”nin işə salındığını söyləyib.
Onun bildiridyinə əsasən, Rusiyanın hərbi qərargahı qoşunların əsas hissələrinin arxasınca bu işlə məşğul olacaq xüsusi cəza qrupları göndərib.
Xatırladaq ki, bundan öncə, RF müdafiə nazirinin müavini, general Aleksey Krivoruçkonun döyüşlərdə həlak olan hərbçilərin cəsədlərinin məhv edilməsi barədə əmr imzaladığı ilə bağlı xəbərlər çıxmışdı.
Tarix: 12-03-2022, 15:29
Xəbəri paylaş





Xəbər lenti