Ruslar təxliyə olunan qadın və uşaqlara atəş açıb - Ölənlər var



Biri uşaq olmaqla 7 mülki şəxs həlak olub
Rusiya hərbçiləri Kiyev vilayətində qadın və uşaqların daşındığı kalona atəş açıblar.
AYNA xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, hadisə martın 11-də Peremoqa kəndindən (Barışevski rayonu) Ostroluçye kəndinə doğru – Rusiya Federasiyası ilə razılaşdırılmış “yaşıl” dəhliz boyunca evakuasiya etmək istəyərkən baş verib.
Atışma nəticəsində biri uşaq olmaqla 7 mülki şəxs həlak olub. Yaralıların dəqiq sayı hələlik məlum deyil.
Tarix: 13-03-2022, 08:31
Xəbəri paylaş





Xəbər lenti