Rusiya dinc sakinlərin sığındığı teatr binasını bombaladı


Rusiya dinc sakinlərin sığındığı teatr binasını bombaladı


Rusiya Silahlı Qüvvələri Mariupolda uşaqlarla birlikdə yüzlərlə sakinin gizləndiyi dram teatrını bombalayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurasının mətbuat xidməti məlumat yayıb. Ölənlərin sayı müəyyənləşdirilir.
"Bu gün rus qoşunları Mariupolun mərkəzindəki dram teatrını məqsədyönlü və rüsvayçı şəkildə bombalayıblar. Təyyarə Mariupolun yüzlərlə dinc sakininin gizləndiyi binaya bomba atıb. Bu dəhşətli və qeyri-insani hərəkətin miqyasını hələ də qiymətləndirmək mümkün deyil. Çünki şəhərdə yaşayış məntəqələrinin atəşə tutulması davam edir”, - məlumatda deyilir.
Partlayışdan sonra dram teatrının mərkəzi hissəsi dağılıb, binada yerləşən bomba sığınacağına giriş dağıntılar altında qalıb.
Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.
Tarix: 16-03-2022, 22:58
Xəbəri paylaş





Xəbər lenti