RUSLARIN KOMANDA MƏNTƏQƏSİ VURULDU, KOLONLARI MƏHV EDİLDİ... - "Şiddətli döyüşlər gecə-gündüz davam edir" + VİDEOLAR (Yenilənir)



Çerniqov vilayətində Ukrayna qoşunları bir qrup rus əsgərini darmadağın edib. Bu barədə Pivniç əməliyyat komandanlığı xəbər verir.
"Priluki yaxınlığında Siverşina müqavimət qüvvələri daha bir rus qoşununu məhv edib. Müdafiəçilərimiz texnika parkına rusların daha bir “Uraqan”reaktiv yaylım atəşi sistemini daxil etdilər. Daha birini isə vurub məhv etdilər”, - məlumatda deyilir.

Kiyevə aparan yollar etibarlı şəkildə “qıfıllanıb”, Rusiya qoşunları paytaxta daxil ola bilməyəcək. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının İctimaiyyətlə Əlaqələr Xidmətinin Facebook-dakı məlumatında deyilir.
Qeyd edilib ki, Kiyevin müdafiə komandanı - Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski paytaxtın şimal-qərb hissəsində - Moşun yaşayış məntəqəsində müdafiəni yoxlayıb.
“12 gündən artıqdır ki, düşmənin bu istiqamətdə ukraynalı müdafiəçilərin müdafiəsini yarmaq cəhdi uğursuzluğa düçar olur. Burada Rusiyanın işğalçı qoşunları ilə şiddətli döyüşlər gecə-gündüz davam edir. İşğalçı texnika və canlı qüvvədə xeyli itki verir”, - məlumatda deyilir.
Ukrayna hərbçiləri ilə söhbətdən sonra Sırski qeyd edib ki, ukraynalı müdafiəçilər vətənlərini qorumağa hazırdırlar. “Paytaxta aparan yollar isə etibarlı şəkildə “qıfıllanıb”, Rusiya qoşunları paytaxta daxil ola bilməyəcək”, - məlumatda vurğulanıb.
Bundan başqa, ukraynalı müdafiəçilərin əhval-ruhiyyəsi də yüksək səviyyədədir. “Biz hər fürsətdə düşməni məhv edəcəyik”, - Sırski bildirib. (UNİAN)
***
Kiyev əyalətinin Buça rayonunda Rusiya ordusuna məxsus “Ka-52” tipli helikopter vurulub. Bunu Kiyev Əyalət Hərbi Administrasiyasının rəhbəri Oleksandr Pavliuk “Telegram” kanalında bildirib.
Ukrayna prezidentinin Ofisinin nümayəndəsi Oleksey Arestoviç isə Ukrayna Silahlı Qüvvələri Rusiyanın ümumqoşun ordu qruplaşmalarından birinin komanda məntəqəsini məhv etdiyini qeyd edib. 
“Bu böyük nailiyyətdir. Bu, ehtimal ki, bir neçə generalın məhv edilməsi və nəticədə düşmənin döyüş əməliyyatlarının təşkilinin pozulması deməkdir”,-Arestoviç bildirib. O, zərbənin hansı istiqamətdə endirildiyini dəqiqləşdirməyib.
Arestoviç onu da bildirib ki, ötən sutka ərzində Ukraynanın Hərbi Hava Qüvvələri özünü ənənəvi olaraq, ən yaxşı tərəfdən göstərib, cəmi 10 hava hədəfi məhv edilib.
O qey edib ki, Rusiya qoşunlarının Ukraynadakı hücum istiqamətlərinin sayı azalıb.
“Rusiya qoşunlarının Kiyev, Sumı, Çerniqov və Xarkova qarşı hücum əməliyyatları uğursuz olacaq. Doğrudur, qarşı tərəf geri çəkilmir. Amma indi cəmi 3 hücum istiqaməti var. Əvvəllər isə bu rəqəm 6 idi. Görünür, Rusiya ordusunun qüvvələri tükənir. 15 minə yaxın şəxsi heyət tamamilə məhv edilib. Hazırda Kiyevə hücum yoxdur. Çünki ruslar bu imkandan məhrumdurlar. Bizim xüsusi təyinatlılarımız da, partizanlarımız da, yerli sakinlərimiz də mübarizə aparırlar”, - o deyib.


Rusiya silahlı qüvvələrinin 437-ci polkunun tank kolonu Xarkov istiqamətində məhv edilib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə məlumatı və videonu Ukrayna Silahlı Qüvvələrinin sözçüsü Valeri Zalujnı öz “feysbuk” səhifəsində paylaşıb.
Məlumatda qeyd olunur ki, məhv edilən tanklar Xarkov vilayətinin Kamenki yaşayış məntəqəsi istiqamətində hərəkət edirmiş.

Son sutka ərzində Ukrayna qoşunları on hava hədəfini də məhv edib. Bu barədə "Sever" Əməliyyat Komandanlığı Facebook-da yazıb.
Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələri də Rusiya qoşunlarını mühüm resurslara çıxışdan məhrum edib.
"Çerniqov vilayətində Rusiya qoşunlarının silah-sursat anbarı və 10-dan çox tankeri “landşaft dizaynı ustaları” ilə görüşüb. Artilleriyamız yaxşı və gözəl işləyir”, - məlumatda deyilir.

***
Ukrayna növbəti dəfə Rusiya silahlı qüvvələrinin itkilərinin sayını açıqlayıb. Bu barədə məlumat Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” səhifəsində yerləşdirilib.
Qeyd edilir ki, indiyədək Rusiya ordusunun 14 000-ə yaxın hərbçisi zərərsizləşdirilib.
Bundan başqa, Ukrayna ordusu 444 ədəd tankı, 1435 ədəd zirehli döyüş maşınını, 201 ədəd artilleriya sistemini, 43 ədəd havadan müdafiə sistemini, 86 ədəd hərbi təyyarəni, 108 ədəd helikopteri, 864 ədəd avtomobil texnikasını, 3 ədəd gəmini məhv edib.

Bu Rusiyanın Ukraynaya müdaxiləsi bütün cəbhələrdə böyük ölçüdə dayanıb. Ukrayna qoşunlarının müqaviməti israrlı və yaxşı əlaqələndirilmiş olaraq qalır.
Bu barədə isə Britaniya Müdafiə Nazirliyinin “Twitter” hesabında məlumat yayılıb.
Qeyd edilir ki, Rusiya qoşunları son günlər quruda, dənizdə və havada minimal irəliləyiş əldə edib və ağır itkilər verməkdə davam edir.
“Ukrayna müqaviməti güclü və yaxşı əlaqələndirilmiş olaraq qalır. Bütün böyük şəhərlər də daxil olmaqla, Ukrayna ərazisinin böyük əksəriyyəti ukraynalıların əlində qalır”, - deyə Britaniya Müdafiə Nazirliyi əlavə edib.
Ukraynanın Mariupol şəhərində Rusiya Silahlı Qüvvələrinin iki mənsubu orta məktəblərdən birinin dəhlizində video çəkərək ailə üzvlərinə yollayıblar.
"Bizi buraya göndərəndə dedilər ki, xüsusi hərbi əməliyyat tezliklə başa çatacaq. Amma müharibə tezliklə başa çatana bənzəmir".
Milli.Az bildirir ki, videoda əsgərlər Ukraynadakı döyüşlərin ağırlığından, vəziyyətlərinin çox pis, qorxulu və məşəqqətli olmasından şikayətləniblər.
"Bizi qırırlar, axırımıza çıxırlar. Batalyondan cəmi 20 nəfər qalıb. Dəhşətdir. Hər yerdən atırlar, vururlar. Bizi harada ən ağır yer varsa, ora yollayırlar. Vəziyyət pisdir! Çox pisdir!", - əsgərlərdən biri deyib.
O biri isə "Elə demə!" söyləyərək yoldaşına xəbərdarlıq edib.

***
Ukrayna Müdafiə Nazirliyi cəbhədəki son durumla bağlı operativ məlumat yayıb. Bu  barədə nazirliyin feysbuk səhifəsində paylaşım edilib.
Rəsmi informasiyaya əsasən, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın ələ keçirərək müdafiəsini saxlamağa çalışdığı sərhədyanı bölgələrə əks-hücumları davam edir. Ukraynalı hərbçilər ötən sutka Rusiya Silahlı Qüvvələrinin 35-ci ümumqoşun ordusunun komanda məntəqəsi və mühafizə taqımını zərərsizləşdirib.
Bildirilib ki, rəqibin itkilərinin sayı dəqiqləşdirilir:Ötən sutka ərzində düşmənin 2 “Su-34” qırıcısı, 3 esminets “Vaçi” “Su-34CM”, 3 “ES” helikopteri və operativ-taktiki səviyyəli pilotsuz uçan aparatı məhv edilib. Quru əməliyyatı keçirə bilməyən rusiyalılar mülki obyektləri hədəf almaqda davam edir”.
Məlumata görə, Rusiya kütləvi şəkildə dezinformasiya yayır: “Qarşı tərəfin informasiya məkanındakı məkrli fəaliyyəti davam edir. Bu, Ukraynanın hərbi-siyasi rəhbərliyinə və müdafiə qüvvələrinə qarşı təxribatdır. Amma onlar ciddi itki verməkdədir. Rəqibin kadr təminatında ciddi problemlər var. Rusiya ordusunun şəxsi heyəti ruhdan düşür. Beləliklə, fərariliklərin sayı artı

“Ukrayna hərbçiləri hər gün rusların bir neçə təyyarəsini vururlar. Üç həftə ərzində ruslar təyyarələrinin üçdəbir hissəsini itirib”, - o bildirib.
Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi martın 16-da Rusiyanın 5 təyyarə və 3 helikopterinin məhv edildiyini açıqlayıb.
Martın 17-nə keçən gecə  isə Dnepropetrovsk bölgəsi üzərində Ukrayna Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə sistemləri iki Rusiya təyyarəsini məhv edib. Bu barədə “Vostok” Hərbi Hava Komandanlığından məlumat verilib.
Təyyarələr vurulub. Pilotların sağ qalıb-qalmaması barədə məlumat verilmir. Təyyarə modelləri də açıqlanmır.
Bu arada Böyük Britaniya yüksək sürətli "Starstreak"ləri Ukraynaya təhvil verib. BBC xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.


Nazir "Starstreak" yüksək sürətli hava hücumundan müdafiə sistemlərinin Ukrayna Silahlı Qüvvələrinə təhvil verildiyini təsdiqləyib.
"Bu sistemlər Ukrayna qüvvələrinə səmalarını daha yaxşı qorumağa imkan verir və 5 km-ə qədər yüksəklikdəki hava hədəflərini vura bilir”, - Uolles qeyd edib.
Müdafiə naziri bildirib ki, Britaniya artıq Ukraynaya 3 615 tank əleyhinə silah tədarük edib və tezliklə "Javelin" tank əleyhinə raketlərin kiçik partiyasını tədarük edəcək.
Rusiya ordusu isə Ukraynada dinc əhaliyə qarşı hərbi cinayətlərin dozasını hər keçən gün daha da artırır. Xüsusən mühasirədə olan Mariupol şəhərində əsl insanlıq dramı hökm sürür.
Ötən gün Rusiya aviasiyası şəhərdə yüzlərlə uşaqların və qadınların sığındığı teatr binasına böyük dağıdıcı gücə malik aviabomba ilə zərbə endirib, nəticədə bina yerlə bir olub. Ölənlərin sayını bilən yoxdur, çünki dağıntıları təmizləməyə və insanları xilas etməyə, meyitləri çıxarmağa xilasedicilər qalmayıb. İndiyədək şəhərdə 20 mindən çox dinc sakinin öldürüldüyü təxmin edilir, Rusiya ordusu şəhərdən çıxış yollarını atəşə tutur və əhalinin təxliyəsinə imkan vermir.

Virtualaz.org xəbər verir ki, Luqansk vilayətində ötən gecə Rusiya artilleriyası Rubejnoye şəhərini intensiv atəşə tutub. Vilayət administrasiyasının rəhbəri Sergey Qayday bildirir ki, ruslar şəhərə əsl cəhənnəmi yaşadıblar, onlarla ev darmadağın edilib. Onlarla sakin həlak olub, evlər yanıb. 
“Rusiya ordusu məqsədli şəkildə dinc sakinləri atəşə tutur, onların şəhərdən təhlükəsiz çıxışına imkan vermir. Bu günlərdə biz Rubejnoye şəhərindən çıxan sərnişin avtobusuna necə atəş açıldığını gördük”, - o bildirib.
Mariupolu bu günlərdə öz gücüylə tərk etməyə imkan tapmış sakinlərdən biri Kristina Clos isə Facebook-da yazıb ki, şəhərdə əsl dəhşət, fəlakət, insanlıq dramı yaşanır.
Onun sözlərinə görə, sakinlər aramsız bombardmanların altından öz gücləri ilə, kalonlar şəklində, maşınların üstünə “Uşaqlar” sözü yapışdıraraq çıxa biliblər. “Bizi heç kim xilas etmədi, özümüz və Allah xilas etdi”, - o yazır.

Həmin sakin bildirir ki, şəhərdə qaz, su, işıq yoxdur. Əlləri, ayaqları qopmuş insanlar binaların həyətlərində köməksiz qalaraq qan itirir və can verirlər. Ölənləri harada gəldi qazıb basdırırlar və yaxınları sonradan onları tapa bilməyəcəklər. 
“İnsanları ölüm su axtarışına çıxanda, yaxud tonqal qalayıb sup bişirməyə çalışanda haqlayır”, - o bildirir.
Mariupol başçısı Vadim Boyçenko isə müraciətində bildirir ki, beş gündür şəhərdən çıxış üçün humanitar dəhliz yaradılacağı haqda vədlər eşidirlər, amma bu vədlərə əməl olunmur. Ona görə də sakinlər konvoylar halında raket və artilleriya atəşləri altında şəhəri tərk etməyə çalışırlar, ölümü gözə alıb yola çıxırlar. İki gün ərzində 6 500-dən çox şəxsi avtomobil Mariupoldan çıxa bilib.

Boyçenko dünən yerlə bir edilən teatr binasının dağıntıları altında nə qədər adamın qaldığını bilmədiklərini deyir.
“Bu dəhşətli faciədir, amma biz təslim olmayacağıq. Biz hər şeyi edəcəyik ki, “yaşıl dəhliz” işləsin, insanlar istənilən yolla təxliyə oluna bilsinlər”, - mer bildirib. Boyçenko hazırda Ukraynada və xüsusən Mariupolda baş verənlərin “genosid” olduğunu bildirib.
Ukrayna prezidenti Volodimir Zelenksi isə ötən gecə müraciətində Mariupol və Çerniqovda dinc insanların xüsusi qəddarlıqla qətlə yetirilməsindən danışıb. Onun sözlərinə görə, Rusiya aviasiyası məqsədli şəkildə Mariupolda teatr binasını böyük dağıdıcı gücə malik bomba ilə vurub. 
“Orada yüzlərlə uşaq sığınmışdı...Bina yerlə bir edilib. Həlak olanların sayı məlum deyil, Rusiyanın bizim xalqımızın başına gətirdiklərini görəndə ürək parçalanır. Onlar bizim Mariupolla, Donetsk vilayəti ilə necə qəddar davranırlar”, - Zelenski bildirib. 
Ukrayna prezidenti bildirib ki, işğalçılar bunu yaddan çıxarmasınlar – onların aldığı hər cana görə hesab soruşulacaq, qisas alınacaq.

Ukraynanın mühasirədə olan Mariupol şəhərində salamat qalan yeganə xəstəxana şəhərin bombalanması zamanı yaralanan insanlarla dolub-daşır.
“Associated Press”in müxbiri bununla bağlı hazırda təcili yardım, doğum evi və meyitxana kimi fəaliyyət göstərən tibb müəssisəsindən ürəkdağlayan reportaj hazırlayıb.
Şəhər meyitxanası artıq dolduğu üçün bombardmanlar nəticəsində həlak olan Mariupol sakinlərinin cəsədləri xəstəxananın zirzəmisində qalaqlanır.
Doktor Valeriy Drenqarın sözlərinə görə, bütün xəstəxanalar dağıdılıb, bu səbəbdən onların heç biri yaralıları qəbul edə bilmir.
Balaca uşaqlar və yeni doğulmuş körpələr də burada yerləşdirilib. Onların bəziləri hətta küvəzlərdə saxlanılır.

Qeyd edək ki, Rusiyanın Ukraynada apardığı müharibə zamanı mülki əhaliyə qarşı hücumları nəticəsində indiyədək 108 uşaq həlak olub, 120-si də yaralanıb. Bu barədə Ukrayna Baş Prokuror Ofisi “Telegram” kanalından bildirib.

Zərərçəkən uşaqların çoxu Kiyev (52 nəfər), Xarkov (34), Donetsk (25), Çernihiv (24), Mikolaiv (20), Jitomir (15), Sumı (14), Xerson (10) əyalətlərinin payına düşür.
Bununla yanaşı, Rusiya ordusunun artileriya və raket hücumları nəticəsində 411 təhsil ocağına ziyan dəyib, bunların 63-ü bütövlükdə dağılıb, həmçinin 11 səhiyyə müəssisəsi və 3 reabilitasiya mərkəzi atəşə tutulub.

BMT-nin baş katibi Antonio Quterreş isə Rusiyanın apardığı hərbi əməliyyatlar nəticəsində Ukraynanı tərk edən məcburi qaçqınların sayını açıqlaylıb.
O qeyd edib ki, Rusiya ordusu Ukraynaya daxil olandan sonra 3 milyon ukraynalı doğma ölkəsini tərk etmək məcburiyyətində qalıb.
Məlumata görə, ukraynalı qaçqınların yarıdan çoxu Polşa ərazisinə köç edib.
Tarix: 17-03-2022, 22:03
Xəbəri paylaş





Xəbər lenti