Belarus morqları rus əsgərlərinin cəsədləri ilə doludur

Ukraynada döyüş zamanı həlak olan ru cəsədləri Belarusdakı morqlara doldurulur. Bu barədə yerli sakinlər AzadlıqRadiosuna bildiriblər.
Sakinlərin dediyinə görə, döyüşdə həlak olan rus əsgərləri yük maşınları ilə morqlara gətirilir, daha sonra isə qatar və ya təyyarələrlə Rusiyaya göndərilir.
Mazırda sakinlər cəsədlərin Rusiyaya qaytarılmaq üçün qatara yükləndiyini görməyin dəhşətini təsvir ediblər.
“Cəsədlərin sayı inanılmaz dərəcədə çox idi. Mazır stansiyasındakı insanlar qatara mindirilən cəsədlərin sayından sadəcə olaraq şoka düşmüşdülər” – deyə, Mazırın yerli sakini bildirib.
Yerli sakinlərin dediyinə görə, Homel və Naruliyadakı morqlar da doludur.
Belarus həkimləri ölən və yaralanan rus əsgərləri barədə məlumat yaydıqları halda işlərini itirməklə təhdid olunublar.
ABŞ rəsmiləri iki həftədən çoxdur davam edən müharibədə indiyədək bir neçə min rus əsgərinin öldüyünü təxmin edir.
Azadlıq radiosu
Tarix: 18-03-2022, 08:56
Xəbəri paylaş





Xəbər lenti