Bakıda icra başçısı “AVTOŞLUQ” edir: Abdin Fərzəliyev yenə “ÖNDƏ” – VİDEO



Bakıda qayda pozan sürücülərin görüntüsünü oxuculardan biri qeydə alaraq redaksiyanın qaynar xəttinə göndərib.
Siam.az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə martın 16-da paytaxtın Mikayıl Əliyev küçəsində qeydə alınıb.
Qayda pozan avtomobillərin sırasında Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyevin xidməti avtomobili də olub. Belə ki, icra başçısına məxsus 01-AA-001 “BMW”, 99-KS-287 “Kia”, 90-ZS-357 “Toyota”, 90-BR-667 “Mercedes”, 77-DH-678 “Opel”, 99-OS-798 “Skoda”, 77-PB-828 “Ford”, 99-JZ-508 “Ford”, 99-OE-585 “Mercedes” markalı avtomobillərin sürücüləri sıxlıq zamanı qoşa xəttin tələbini pozaraq əks yola çıxıb.
Sürücülər axına qarşı hərəkət edərək qaydaları kobud şəkildə pozublar. İcra başçısı da qanunun tələbinə məhəl qoymayaraq xidməti avtomobili ilə əks yola çıxaraq qəza vəziyyəti yaratmaqla növbəti özbaşınalığı ilə gündəmə gəlib. Reallıq.TV olaraq ümid edir və inanırıq ki, Daxili İşlər Nazirliyi hadisə ilə bağlı icra başçısının qanunsuz əməllərinə hüquqi qiymət verəcəkdir. Prezidentin məmurlara və məmur övladlarına xəbərdarlıqlarından nəticə çıxartmayan Abdin Fərzəliyevin cəzalandırılması artıq vacib şərtə çevrilib.
Abşeronun icra başçısı Abdin Fərzəliyevin qanunsuz əməlləri və tələbləri barədə Reallıq.TV – də məlumatlar dərc olunub. Həmin yazılardan sonra redaksiyamıza bir sıra müraciətlər daxil olub. Vətəndaşların yazdıqlarından anlaşılır ki, icra başçısı rayonda böyük narazılıq formalaşdırıb. Yaxın ətrafının və “qara kassası” Nurlan Həsənov tərəfindən həyata keçirilən korrupsiya faktları ilə bağlı araşdırmalarımız davam edir. Redaksiyamıza müraciət edən və video görüntülər ünvanlayan vətəndaşların müraciətləri tam araşdırılır və yaxın günlərdə ətraflı məlumat verəcəyik.
Abdin Fərzəliyevin xidməti avtomobili ilə “PROTİV” getdiyi həmin videonu təqdim edirik:


Tarix: 19-03-2022, 21:21
Xəbəri paylaş





Xəbər lenti