Şirkət Muxtar Babayevin göstərişinə əməl etmədi, ağacları kəsdi - FOTO


Xırdalanda çoxmənzilli yaşayış binası tikən “SAS Group” şirkəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin göstərişinə əməl etməyərək bir neçə ağacı kəsib.
 
Pravda.az-ın xəbərinə görə, bu barədə “Facebook” sosial şəbəkəsində “Ecofront” səhifəsi məlumat yayıb.
 
Bildirilib ki, ərazinin şəkli ağaclar kəsilməmiş paylaşılıb.
 
“Arxayın saldınız ki, (Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur-red) nəzarətə götürülüb. Sizə əhəmiyyət verən yoxdur. Anlayın! Gücünüz yalnız kasıb-küsuba çatır” – məlumatda qeyd olunub.
 
Gün ərzində şirkətlə əlaqə saxlasaq da, zənglərə cavab verən olmayıb.
 
Nadir
 Fotoları təqdim edirik






Tarix: 20-03-2022, 21:00
Xəbəri paylaş





Xəbər lenti