Xırdalanda ağacları kəsib yerində bina tikirlər - VİDEO


Ağacları məhv edib, yerində çoxmərtəbəli bina tikirlər. Hələ sakinlərin gediş-gəliş yolu da yararsız hala salınıb. Əməkdaşlarımız Xırdalan şəhərində yerləşən sözügedən ünvana yollanıblar. Bu dəfə də onlar tikinti şirkətinin əməkdaşlarının təzyiqinə məruz qalıblar.
Siam.az xezerxeber-ə istinadən xəbər verir ki, çoxmərtəbəli binanın tikintisi zamanı yaşıllıqlar məhv edilib. Sakinlərin gediş-gəliş yolu yararsız hala salınıb. Görüntülər Abşeron rayonun Xırdalan şəhərində çəkilib.
Çoxillik ağacların tikinti işlərini aparan şirkət tərəfindən kəsildiyi iddia olunur. Əməkdaşlarımız həmin ünvanda çəkiliş apararkən özünü həmin şirkətin mühafizəçisi kimi təqdim edən şəxsin təzyiqi ilə üzləşiblər. Həmin şəxs "Xəzər Xəbər"in kamerasına əl ataraq çəkilişi dayandırmağımızı istəyib...


Məsələ ilə bağlı tikinti şirkətindən mövqe öyrənməyə cəhd etsək də, şirkət açıqlama verməkdən boyun qaçırıb.
Baş verənlərlə əlaqədar Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat katibi Seymur Qasımov "Xəzər Xəbər"ə açıqlamasında bildirdi ki, qanunvericiliyə uyğun olaraq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti üzrə müraciət edilib.
Onu da öyrəndik ki, artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq şöbəsinə fakt ilə bağlı şikayət daxil olub və həmin şikayət araşdırılıb.
Xatırladaq ki, sözügedən şirkət binanı tikən zaman yeni təmirdən çıxmış Mehdi Hüseynzadə küçəsinin asfalt örtüyünü də qazaraq su və kanalizasiya xətləri çəkib, lakin sonradan yolu normal şəkildə bərpa etməyib.

Tarix: 23-03-2022, 15:03
Xəbəri paylaş





Xəbər lenti