Rusiya dənizçilər də daxil olmaqla 100-ə yaxın ukraynalını girov götürüb

Rusiya dənizçilər də daxil olmaqla 100-ə yaxın ukraynalını girov götürüb
Rusiya Ukraynanın 100-ə yaxın vətəndaşını girov götürüb, mübadilə üçün danışıqlar aparılır.
Bunu Ukraynanın Baş nazirinin müavini - işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk deyib.
 
Onun sözlərinə görə, Rusiya Federasiyası Qara dənizdə boğulmaqdan xilas olunan və Ukrayna tərəfinin xilas etdiyi dənizçiləri geri qaytarmaq arzusunda olduğunu bildirib.
 
“Burada dənizçilər var, yeri gəlmişkən, biz 11 dənizçini xilas etdik və onları verməyə hazırıq, onlar bizim nəyimizə lazımdır, təki onlar adamlarımızı versin”, - nazir qeyd edib.
 
Vereşçuk ümid etdiyini bildirib ki, yaxın gələcəkdə Ukrayna öz vətəndaşlarını geri qaytara biləcək.
Tarix: 24-03-2022, 08:59
Xəbəri paylaş





Xəbər lenti