"Rufo Gəncinski"nin olduğu mərasimə POLİS BASQINI


Moskvada yerləşən Tbilisi restoranında “Badri Kutaiski” ləqəbli “qanuni oğru” Badri Koquaşvilinin ad günü keçirilib. Dia.az-ın lent.az-a istinadən məlumatına görə, ad günündə bir neçə “qanuni oğru” ilə bərabər “Rufo Gəncinski” ləqəbli azərbaycanlı “qanuni oğru” Ülfət Tağıyev də iştirak edib. Mərasimdə Badriyə qiymətli hədiyyələr bağışlanıb. Məsələn, biznesmen Şalva Gibradze Badriyə 300 min dollarlıq saat hədiyyə edib.

Məlumata görə, mərasimin sonuna yaxın polis müdaxilə edib. İştirak edənlərin sənədləri yoxlanılıb və hər biri sərbəst buraxılıb.
Tarix: 28-03-2022, 12:40
Xəbəri paylaş





Xəbər lenti